5 dekabr 2025. Cümə

“Komandamız üçün bütün oyunçular vacibdir”


“Komandamız üçün bütün oyunçular vacibdir”

“Bayer”in baş məşqçisi Kasper Yulmann "Borussiya Dortmund"la keçiriləcək Bundesliqa XII tur matçı öncəsi mətbuat konfransında danışıb. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

“İlin sonuna qədər komandamız 21 gün ərzində 3 yarışmada 6 oyun keçirəcək. Qrafik çox sıxdır, buna görə bütün oyunçulara ehtiyacımız var. Xoşbəxtik ki, bəzi futbolçular şənbəyə qədər bərpa olunub və güclü formada meydana çıxacaqlar. Məqsədimiz oyunumuza davam etmək və daha da yaxşı olmaqdır”

Komandaya Edmond Tapsoba və Robert Andrih qayıdıb, onlar Mançesterdə cəzalı idilər. Həmçinin Jonas Hofmann və Martin Terye də geri dönüb. Uzun müddətdir zədəli olan Palasios və Fernandes hələ də forma geyinməyəcək. Bundan əlavə, qapıçı Yanis Blasvih, Artur, Lukas Vaskes və Aksel Tape də oyunlarda iştirak etməyəcək.

“Lukas və Aksel yaxşı vəziyyətdədir, tam məşq edirlər və ehtimal ki, gələn həftə komandaya qoşulacaqlar”, – deyə Yulmann əlavə edib.

Qeyd edək ki, görüş noyabrın 29-da, Bakı vaxtı ilə 21:30-da start götürəcək.Hazırda “Bayer” 23 xalla ikinci, “Borussiya” isə 22 xalla üçüncü pillədə qərarlaşıb.







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə