29 oktyabr 2026. Cümə axşamı

“Bavariya”dan əzmkar qələbə


“Bavariya”dan əzmkar qələbə

Bundesliqanın XII turunda “Bavariya” evdə “Sankt-Pauli” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Arena Münhen” stadionunda keçirilən görüş Münhen klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Oyun erkən qolla başlayıb – 6-cı dəqiqədə Andrea Untondji qonaqları önə çıxarıb. “Bavariya”nın cavabı ilk hissənin sonunda gəlib: 44-cü dəqiqədə Rafayel Qereyro hesabı bərabərləşdirib. Münhen təmsilçisi qələbə qolunu 90+4-cü dəqiqədə Luis Diasın ayağından əldə edib. 90+7-ci dəqiqədə Nikolas Cekson hesabı artıraraq yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə ilə “Bavariya” 34 xalla Bundesliqanın lideridir. 7 xalı olan “Sankt-Pauli” isə 17-ci pillədə qərarlaşıb.

Növbəti turda “Bavariya” dekabrın 6-da səfərdə “Ştutqart”la, “Sankt-Pauli” isə həmin gün “Köln”lə qarşılaşacaq.







Almaniya B.L.

Kompani xəstəxanadan evə buraxılıb
  • Almaniya B.L.
  • 00:20 29.10.2026
Kompani xəstəxanadan evə buraxılıb