14 may 2026. Cümə axşamı

“Bavariya” Bundesliqada rekordunu təkrarladı


“Bavariya” Bundesliqada rekordunu təkrarladı

Almaniya Bundesliqasının 12-ci turunda “Bavariya” öz meydanında “Sankt-Pauli”ni 3:1 hesabı ilə məğlub edib və liqanın tarixinə düşən göstəricilərdən birini yenidən təkrarlayıb.

90deqiqe.Az-ın məlumatına görə,  Münhen təmsilçisi Bundesliqada son 20 oyunun hər birində iki və daha çox qola imza atıb. Bununla da komanda 2013/2014 mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında qazanılan liqa rekordunu təkrarlayıb.

Qələbədən sonra “Bavariya” 34 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini səkkiz xal qabaqlayır.

Növbəti turda münhenlilər səfərdə “Ştutqart”la qarşılaşacaqlar. Matç dekabrın 6-da saat 17:30-da “Ştutqart Arena”da start götürəcək.







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə