29 iyun 2026. Bazar ertəsi

“Bavariya” Almaniya Kubokunda 1/4 finala yüksəldi


“Bavariya” Almaniya Kubokunda 1/4 finala yüksəldi

Almaniya Kubokunun 1/8 final mərhələsində Berlinin “Union” klubu öz meydanında “Bavariya”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “An der Alten Försterei” stadionunda keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 12-ci dəqiqəsində “Union”un hücumçusu İlyas Ansa avtoqol edərək “Bavariya”nı önə keçirib. 25-ci dəqiqədə Harri Keyn hesabı 2:0-a çatdırıb. 40-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Leopold Kverfeld penalti zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirib.

45+4-cü dəqiqədə “Union”un daha bir müdafiəçisi Diogu Leyte topu öz qapısından keçirib və Münhen təmsilçisinin üstünlüyünü yenidən artırıb. 55-ci dəqiqədə Kverfeld növbəti penaltiyə dəqiq zərbə vuraraq hesabı 3:2-yə gətirib və görüşün yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, Almaniya Kubokunun hazırkı qalibi finalda “Arminiya”nı 4:2 hesabı ilə məğlub etmiş “Ştutqart”dır.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər