- Almaniya B.L.
- 16:49 06.12.2025
“Bavariya”nın idman direktoru Kristof Froind Dortmundun “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin mümkün transferi ilə bağlı mövqeyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports” Froindin dediklərini belə çatdırıb.
“Niko Şlotterbek çox-çox yaxşı futbolçudur. Çox yaxşı müdafiəçidir. Lakin biz hazırkı heyətimizdən olduqca razıyıq və diqqətimizi buna yönəltmişik.”
Daha əvvəl 26 yaşlı futbolçunun klubla müqaviləni uzatmayacağı və Almaniya çempionuna keçə biləcəyi bildirilmişdi.
Niko Şlotterbek cari mövsümdə bütün turnirlərdə 14 oyunda iştirak edib və iki qol ötürməsi verib. Transfermarkt mütəxəssisləri onun dəyərini 40 milyon avro olaraq qiymətləndirirlər.