21 iyun 2026. Bazar günü

“Bavariya” “Ştutqart”ı darmadağın etdi


“Bavariya” “Ştutqart”ı darmadağın etdi

Almaniya Bundesliqasının 13-cü turunda “Ştutqart” öz meydanında “Bavariya”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Ştutqart Arena”da keçirilən görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:0.

Hesabı 11-ci dəqiqədə Konrad Laymer açıb. 66-cı dəqiqədə Harri Keyn fərqi artırıb. 78-ci dəqiqədə Yosip Stanişiç üçüncü qolu vurub. 82-ci dəqiqədə Keyn penaltidən dubl edib, 88-ci dəqiqədə isə het-trikini rəsmiləşdirib.

13 turdan sonra “Bavariya” 37 xalla Bundesliqanın lideridir. “Ştutqart” isə 22 xalla altıncı yerdə qərarlaşıb.

Növbəti turda “Ştutqart” 14 dekabrda səfərdə “Verder”lə qarşılaşacaq, “Bavariya” isə eyni gün evdə “Maynts”ı qəbul edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər