16 avqust 2026. Bazar günü

“Leypsiq” “Ayntraxt”ı darmadağın etdi


“Leypsiq” “Ayntraxt”ı darmadağın etdi

Almaniya Bundesliqasının 13-cü turunda “Leypsiq” evdə “Ayntraxt”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın erkən dəqiqələrində, 5-ci dəqiqədə, Kristof Baumqartner topu Konrad Harderə ötürüb və o, qapıçı səhvi nəticəsində hesabı açıb – 1:0. Məhmud Daud qapı dirəyinə vurdu, sonra Baumqartner ikinci topu torlara göndərib – 2:0. Baumqartner daha bir topu torlara göndərsə də, qol ofsayd sayılıb. İkinci hissənin əvvəlində sürətli hücum zamanı Yan Diomand üçüncü qolunu vurub – 3:0. Antonio Nusa dirəyə vurdu, amma Diomand 8 dəqiqə sonra dubla imza atıb – 4:0. 60-cı dəqiqədə David Raum penalti ilə fərqi artırıb – 5:0. 65-ci dəqiqədə inanılmaz Diomand het-trik edib – 6:0.

Bu qələbədən sonra “Leypsiq” 8 xal fərqlə “Bavariya”nın arxasında 2-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə 7-ci yerdə və liqadakı ən zəif müdafiəyə malik komandadır.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"