- Almaniya B.L.
- 20:53 17.12.2025
"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqada Robert Levandovskinin rekordunu keçmək imkanından danışıb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports Germany" futbolçunun dediklərini belə çatdırıb.
"Düşünürəm ki, bu mümkündür, xüsusən də bu mövsümdəki çıxışımdan sonra. Hələ uzun yol var. Bu səviyyəni dörd-beş ay ərzində saxlamağım lazımdır. Futbolda ən çətin şey uzun müddət stabil çıxış etməkdir. Bu inanılmaz nəticədir, onu keçmək asan olmayacaq, bunu bilirəm. Mən həmişə belə nailiyyətlərə can atmağı sevirəm."
Qeyd edək ki, Almaniya çempionatında mövsümdə ən çox qol vuran futbolçu rekorduna Levandovski sahibdir. O, 2020/2021 mövsümündə Münhen klubunda 41 qol vurub.
Hazırkı mövsümdə Keyn Bundesliqada 14 oyuna çıxaraq 18 qol vurub və 3 məhsuldar ötürmə edib.