21 iyun 2026. Bazar günü

Upamekano “Bavariya”dan ayrılır?


Upamekano “Bavariya”dan ayrılır?

“Bavariya”nın müdafiəçisi Dayo Upamekano yayda azad agent kimi klubdan ayrıla bilər.

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, fransalı futbolçunun digər top-klublara keçidi ilə bağlı söz-söhbətlər davam edir.

27 yaşlı müdafiəçi Münhen daxilində yaşayış yerini dəyişib. Bildirilir ki, Upamekano vaxtilə Frank Riberinin yaşadığı villaya köçüb. Almaniyada bunu müqavilənin bitməsinə az müddət qalmış edilən mühüm addım kimi dəyərləndirirlər və bu fakt futbolçunun “Bavariya” ilə yeni müqavilə imzalayaraq klubda qalacağına işarə sayıla bilər.

Qeyd edək ki, fevralın 21-də, bazar günü “Bavariya” Bundesliqa çərçivəsində səfərdə “Haydenhaym”la qarşılaşacaq. Bu oyun münhenlilər üçün 2025-ci ildə keçiriləcək son matç olacaq.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər