21 iyun 2026. Bazar günü

“Bavariya” da yarışa qoşuldu


 “Bavariya” da yarışa qoşuldu

“Midtyullland”ın mərkəz hücumçusu Franklin Dzuya karyerasını “Bavariya” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Münhen klubunun idman direktoru Kristof Froynd həm Danimarka klubu “Midtyullland”, həm də futbolçu ilə əlaqə saxlayıb.

“Midtyulland” 21 yaşlı futbolçu üçün 25–30 milyon avro arasında satış qiyməti istəyir. Hücumçunun xidmətində “Liverpul” və “Borussiya Dortmund” klubları da maraqlıdır.

Cari mövsümdə Franklin Dzu bütün turnirlərdə 30 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt-a görə, onun bazar dəyəri 22 milyon avrodur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər