16 avqust 2026. Bazar günü

“Bavariya”dan darmadağın


“Bavariya”dan darmadağın

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün XV turu çərçivəsində keçirilən “Haydenhaym” – “Bavariya” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Haydenhaym-an-der-Brents şəhərində yerləşən “Foyt-Arena” stadionunda keçirilib. Görüşün baş hakimi Florian Badştübner olub. Matçda “Bavariya” səfərdə 4:0 hesablı inamlı qələbə qazanıb.

Hesabı 15-ci dəqiqədə Yosip Stanişiç açıb. 32-ci dəqiqədə Maykl Olise fərqi iki topa çatdırıb. Oyunun sonlarında, 87-ci dəqiqədə Luis Dias, 90+2-ci dəqiqədə isə Harri Keyn adlarını tabloya yazdıraraq yekun nəticəni müəyyənləşdiriblər – 0:4.

Bu nəticədən sonra 11 xal toplayan “Haydenhaym” Bundesliqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. 41 xalı olan “Bavariya” isə liderliyini davam etdirir.

Növbəti turda 10 yanvar tarixində “Haydenhaym” doğma meydanda “Köln”ü qəbul edəcək. “Bavariya” isə 11 yanvarda ev oyununda “Volfsburq”la üz-üzə gələcək.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"