21 iyun 2026. Bazar günü

Harri Keyn Bundesliqada yeni rekorda imza atdı


Harri Keyn Bundesliqada yeni rekorda imza atdı

Harri Keynin qolu “Bavariya”ya Bundesliqada növbəti qələbəni qazandırıb. Münhen klubu “Haydenhaym” üzərində 4:0 hesablı inamlı qələbə əldə edib.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, ingiltərəli forvard bu görüşdə fərqlənməklə Bundesliqada 100-cü məhsuldar hərəkətinə imza atıb.

Harri Keyn Bundesliqa tarixində (2004/05 mövsümündən etibarən) bu göstəriciyə ən tez çatan futbolçu olub. O, əvvəlki rekordçu Aryen Robbeni (119 oyun) geridə qoyub.

Keyn Almaniya çempionatında keçirdiyi cəmi 78 oyunda 81 qol vurub, 19 məhsuldar ötürmə edib

Xatırladaq ki, Harri Keyn “Bavariya”ya 2023-cü ilin yayında “Tottenhem”dən keçib. O, hazırkı mövsümdə Bundesliqada 19 qol və 3 assistlə komandasının əsas silahlarından biridir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər