21 iyun 2026. Bazar günü

2025/2026 mövsümünün “Qızıl Butsa” namizədləri açıqlanıb


2025/2026 mövsümünün “Qızıl Butsa” namizədləri açıqlanıb

“Bavariya”nın hücumçusu Harri Keyn və “Mançester Siti”nin forvardı Erlinq Haland 2025/2026 mövsümünün “Qızıl Butsa” namizədləri siyahısında liderlərdir.

90deqiqe.Az-ın məlumatına görə, hər iki futbolçu milli çempionatlarda 19 qol vuraraq 38 xal toplayıb. Onlardan iki xal geri qalan “Real”ın hücumçusu Kilian Mbappe isə 18 qolla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, xallar sistemi belə işləyir: futbolçunun çempionatdakı vurduğu qollar müvafiq çempionatın koeffisiyenti ilə vurulur. Ən güclü beş milli liqada vurulan qol 2 xala, 6-cı – 21-ci yer arasında 1,5 xala, digər liqalarda isə 1 xala bərabər sayılır.

Xatırladaq ki, 2024/2025 mövsümünün “Qızıl Butsa”sını Kilian Mbappe qazanmışdı. 26 yaşlı futbolçu La Liqada debüt mövsümündə 31 qol vurmuşdu.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər