29 iyun 2026. Bazar ertəsi

“Bavariya”nın idman direktoru Karlın “Real”la bağlı açıqlamasına münasibət bildirib


“Bavariya”nın idman direktoru Karlın “Real”la bağlı açıqlamasına münasibət bildirib

“Bavariya”nın idman direktoru Kristof Freund 17 yaşlı yarımmüdafiəçi Lenart Karlın Madrid “Real”ını xəyal etdiyi klub adlandırması ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

90deqiqe.Az xəbər verir ki, Freundun sözlərinə görə, gənc futbolçu emosional xarakterə malikdir və meydanda olduğu kimi açıqlamalarında da cəsarətli davranır:

“Lenart çox emosionaldır. O, heç nədən qorxmur, bunu meydanda da görmək mümkündür. Futbolu da bu cür oynayır. ‘Real’la bağlı açıqlaması uğursuz alındı və o, bunu dərhal başa düşdü”.

Klub rəsmisi qeyd edib ki, Karl baş verənlərə görə üzr istəyib və məsələ daxilində müzakirə olunub:

“O, bizə yaxınlaşaraq bunun niyyəti olmadığını bildirdi və üzr istədi. Lenart özünü ‘Bavariya’da çox rahat hiss edir. Uşaqlıq illərində ‘Real’da məşqlərdə iştirak edib və o vaxt bu klub onun arzusu idi. Amma hazırda o, ‘Bavariya’da çox xoşbəxtdir və biz də onun burada olmasından məmnunuq”.

Qeyd edək ki, Lenart Karl 2022-ci ildən “Bavariya”nın sistemində yer alır. Gənc yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər