- Almaniya B.L.
- 23:02 08.01.2026
"Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında dekabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Mükafat uğrunda Harri Keynlə yanaşı, Maykl Olise, Yosip Stanişiç (hər ikisi “Bavariya”), Patrik Vimmer (“Volfsburq”), Yan Diomande və Kristof Baumqartner (hər ikisi “RB Leyptsiq”) də mübarizə aparıb.
Mükafatın verilməsi prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə futbolçuların müvafiq dövrdə göstərdikləri oyun və statistik göstəricilər nəzərə alınır, ikinci mərhələdə isə azarkeşlərin və ekspertlərin səsi həlledici olur.
Dekabr ayında Harri Keyn Bundesliqada keçirdiyi üç oyunda beş qol vurub və rəqib qapılarına ümumilikdə 18 zərbə endirib.
Cari mövsümdə ingilis forvard “Bavariya”nın heyətində bütün turnirlərdə 25 matça çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.