13 yanvar 2026. Çərşənbə axşamı

Keyn 60 illik rekordu təkrarladı


Keyn 60 illik rekordu təkrarladı

Həftəsonu Almaniya Bundesliqasında keçirilən oyunda “Volfsburq”un qapısına yol tapan "Bavariya"nın hücumçusu Harri Keyn cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb.

 90deqiqe.Az-ın "Goal"a istinadən məlumatına görə, Bundesliqa tarixində daha əvvəl yalnız bir futbolçu ilk üç mövsümünün hər birində 20 və daha çox qol vurmağa nail olub. Bu göstərici 60 il əvvəl Timo Konetska tərəfindən qeydə alınıb.

O, 1963/1964 mövsümündə 20, 1964/1965 mövsümündə 22, 1965/1966 mövsümündə isə 26 qol vurub.

2023-cü ilin yayında “Bavariya”ya transfer olunan ingilis hücumçu Bundesliqadakı ilk üç mövsümünün hər birində azı 20 qol vurmağı bacarıb. Keyn əvvəlki iki mövsümdə Almaniya çempionatında müvafiq olaraq 36 və 26 qolla yadda qalıb.

Qeyd edək ki, Timo Konetska 12 mart 2012-ci ildə vəfat edib.







Almaniya B.L.

Keyn 60 illik rekordu təkrarladı
  • Almaniya B.L.
  • 23:44 12.01.2026
Keyn 60 illik rekordu təkrarladı
“Borussiya”dan səfərdə heç-heçə
  • Almaniya B.L.
  • 01:37 10.01.2026
“Borussiya”dan səfərdə heç-heçə