29 iyun 2026. Bazar ertəsi

“Bavariya” səfərdə 3 xalı 3 qolla qazandı


“Bavariya” səfərdə 3 xalı 3 qolla qazandı

Almaniya Bundesliqasında 17-ci turun oyunu çərçivəsində “Köln” doğma meydanda “Bavariya”nı qəbul edib.

90deqiqe.Az xəbər verir ki,“Köln” stadionunda keçirilən və baş hakim Patrik İtttrixin idarə etdiyi qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın əvvəlində azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən oyun doqquz dəqiqəlik fasilə ilə dayandırılıb.

Hesabı 41-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Linton Mayna açıb. Lakin ilk hissəyə əlavə olunmuş vaxtda “Bavariya”nın hücumçusu Serj Qnabri tarazlığı bərpa edib. İkinci hissədə təşəbbüsü ələ alan Münhen klubu 71-ci dəqiqədə Kim Min Ceninin qolu ilə önə keçib. Qarşılaşmada son nöqtəni isə 84-cü dəqiqədə Lenart Karl qoyub.

Bu nəticədən sonra “Köln” 17 oyundan sonra 17 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 47 xal toplayan “Bavariya” isə Bundesliqada liderliyini davam etdirir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər