16 avqust 2026. Bazar günü

“Borussiya” “Sankt-Pauli”ni məğlub etdi


“Borussiya” “Sankt-Pauli”ni məğlub etdi

Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində Dortmund “Borussiya”sı “Sankt-Pauli”ni qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Dortmund şəhərində yerləşən “Dortmund” stadionunda keçirilən qarşılaşmanı baş hakim Harm Osmer­s (Hannover, Almaniya) idarə edib. Gərgin və dramatik keçən oyunda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Matçda hesabı ilk hissənin kompensasiya olunmuş vaxtında — 45+1-ci dəqiqədə Yulian Brandt açıb. İkinci hissənin əvvəlində, 54-cü dəqiqədə Kərim Adeyemi fərqlənərək “Borussiya”nın üstünlüyünü iki topa çatdırıb. 62-ci dəqiqədə Ceyms Sends qonaqların fərqini azaldıb. 73-cü dəqiqədə isə Riki-Ceyd Cons hesabı bərabərləşdirib. Matçın taleyini isə 90+5-ci dəqiqədə Emre Can həll edib — yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra Dortmund “Borussiya”sı 18 oyundan 39 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Sankt-Pauli” isə 17 matçdan sonra 12 xalla sonuncu — 18-ci yerdədir.

Növbəti turda “Sankt-Pauli” yanvarın 23-də doğma meydanda “Hamburq”u qəbul edəcək. “Borussiya” isə bir gün sonra səfərdə “Union”la qarşılaşacaq.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"