18 yanvar 2026. Bazar günü

“Bavariya” “Leypsiq”i darmadağın etdi


“Bavariya” “Leypsiq”i darmadağın etdi

Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “Leypsiq” və “Bavariya” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Leypsiq şəhərində yerləşən “Red Bull Arena”da baş tutan qarşılaşmanı Almaniyadan olan baş hakim Saşa Ştegeman idarə edib. Görüş qonaq komandanın 5:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 20-ci dəqiqədə “Leypsiq”in hücumçusu Romulo açıb. Fasilədən sonra “Bavariya” oyunda üstünlüyü ələ alıb. 50-ci dəqiqədə Serj Qnabri hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Harri Keyn Münhen təmsilçisini önə keçirib. 83-cü dəqiqədə müdafiəçi Conatan Ta üçüncü qolu vurub. Qarşılaşmanın sonlarında “Bavariya” daha iki dəfə fərqlənib – Aleksandar Pavloviç və Maykl Olise adlarını tabloya yazdırıblar.

Bu nəticədən sonra Bundesliqada 18 oyun keçirən “Bavariya” 50 xal toplayaraq turnir cədvəlinə liderlik edir. “Leypsiq” isə 17 matçdan sonra 32 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda, yanvarın 24-də “Bavariya” doğma meydanda “Augsburq”u qəbul edəcək. “Leypsiq” isə həmin gün səfərdə “Haydenhaym”la qarşılaşacaq.







Almaniya B.L.

Keyn 60 illik rekordu təkrarladı
  • Almaniya B.L.
  • 23:44 12.01.2026
Keyn 60 illik rekordu təkrarladı
“Borussiya”dan səfərdə heç-heçə
  • Almaniya B.L.
  • 01:37 10.01.2026
“Borussiya”dan səfərdə heç-heçə