4 mart 2026. Çərşənbə

“İkinci hissə köhnə məktəb mentaliteti idi”


“İkinci hissə köhnə məktəb mentaliteti idi”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Bundesliqada “Leyptsiq” üzərində 5:1 hesablı möhtəşəm qələbədən sonra matçla bağlı təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Bayern & Germany" çalışdırıcının dediklərini belə çatdırıb.

“Birinci hissədə ‘RB Leyptsiq’ bizə çox ciddi problemlər yaratdı. Rəqib açıq-aşkar bizdən üstün idi. Elə təsir bağışlayırdı ki, onlar bizi ikiqat üstələyirlər. Daim ikili mübarizələri uduzur, mərkəzdə və cinahlarda topu itirirdik. Amma ikinci hissə — aman Allah! Oyunçular 100 faiz güclərini ortaya qoydular, rəqibdən 6 kilometr çox qaçdılar. Bu, köhnə məktəb mentaliteti idi: mübarizəni qazan, qaç, irəli get. Biz qorxmadıq və maksimumumuzu göstərdik”

Münhen təmsilçisi ilk hissədən sonra hesabda geridə qalsa da, fasilədən sonra rəqibə heç bir şans tanımayıb və beş cavabsız qol vurub.

Qeyd edək ki, “Bavariya” Bundesliqanın turnir cədvəlində liderliyini qoruyur və “Borussiya” (Dortmund) klubunu 11 xal qabaqlayır.







Almaniya B.L.

Cekson "Bavariya"dan ayrılır
  • Almaniya B.L.
  • 23:59 02.03.2026
Cekson "Bavariya"dan ayrılır
"Ştutqart"dan darmadağın
  • Almaniya B.L.
  • 20:33 01.03.2026
"Ştutqart"dan darmadağın
Keyn 1967-ci ildən sonra ilkə imza atdı
  • Almaniya B.L.
  • 16:54 01.03.2026
Keyn 1967-ci ildən sonra ilkə imza atdı
 "Verder" 3 xalı 2 qolla qazandı
  • Almaniya B.L.
  • 21:02 28.02.2026
 "Verder" 3 xalı 2 qolla qazandı
“Borussiya”ya bir qol bəs etdi
  • Almaniya B.L.
  • 20:56 28.02.2026
“Borussiya”ya bir qol bəs etdi