23 yanvar 2026. Cümə

“Şalke” Edin Dzekonu transfer edib


“Şalke” Edin Dzekonu transfer edib

Almaniyanın “Şalke” klubu bosniyalı hücumçu Edin Dzekonu transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. Təcrübəli forvard “Şalke”də 10 nömrəli forma ilə çıxış edəcək.

Edin Dzeko son olaraq İtaliyanın "Fiorentina" klubunda çıxış edib. Futbolçu geniş futbol ictimaiyyətinə daha çox “Mançester Siti”dəki çıxışı ilə tanınıb. O, İngiltərə klubunun heyətində bir sıra titullar, o cümlədən Premyer Liqa çempionluğunu qazanıb.

Bosniyalı hücumçu cari mövsümdə bütün turnirlərdə 18 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Dzeko 2024/2025 mövsümündə isə “Fənərbağça”nın heyətində keçirdiyi 37 matçda 14 qol və 4 assistlə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, Edin Dzekonun hazırkı transfer dəyəri 1,5 milyon avro təşkil edir.







Almaniya B.L.

“Şalke” Edin Dzekonu transfer edib
  • Almaniya B.L.
  • 21:53 22.01.2026
“Şalke” Edin Dzekonu transfer edib
Kovaç Premyer Liqada çalışmaq istəyir
  • Almaniya B.L.
  • 17:01 20.01.2026
Kovaç Premyer Liqada çalışmaq istəyir
Keyn 60 illik rekordu təkrarladı
  • Almaniya B.L.
  • 23:44 12.01.2026
Keyn 60 illik rekordu təkrarladı