23 yanvar 2026. Cümə

“Cekonun uzunömürlü karyerasının sirri peşəkarlıqdır”


“Cekonun uzunömürlü karyerasının sirri peşəkarlıqdır”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani 39 yaşlı hücumçu Edin Cekonun “Şalke” klubuna transferi ilə bağlı fikirlərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, belçikalı mütəxəssis futbolçunun uzun illər yüksək səviyyədə çıxış etməsini onun peşəkarlığı ilə əlaqələndirib:

“Cekonun bu qədər uzun müddət yüksək səviyyədə oynamağı onun peşəkarlığı ilə izah olunur. Biz bu mövzuda tez-tez Manuel Noyer ilə də danışırıq — bu yaşda necə bu qədər yaxşı formada qalmaq olar? Cavab sadədir: peşəkarlıq. Hazırkı mərhələdə onun transferi ‘Şalke’ üçün çox vacib ola bilər. Ona ən xoş arzularımı çatdırıram”, — deyə Kompani klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Xatırladaq ki, Edin Ceko və Vensan Kompani 2011–2015-ci illərdə “Mançester Siti”də komanda yoldaşı olublar.







Almaniya B.L.

“Şalke” Edin Dzekonu transfer edib
  • Almaniya B.L.
  • 21:53 22.01.2026
“Şalke” Edin Dzekonu transfer edib
Kovaç Premyer Liqada çalışmaq istəyir
  • Almaniya B.L.
  • 17:01 20.01.2026
Kovaç Premyer Liqada çalışmaq istəyir