- Almaniya B.L.
- 23:12 23.01.2026
“Bavariya” hələ də mərkəz müdafiəçisi Dayo Upamekano ilə yeni müqavilə üzrə razılığa gələ bilməyib.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər iki əsas məsələni müzakirə edirlər – yeni müqavilənin müddəti və onun erkən dayandırılması şərtləri. Müzakirə mövzusu həmçinin futbolçunun komandada 2030-cu ilədək qalıb-qalmaması, yoxsa 2031-ci ilə qədər qalması ilə bağlıdır. Erkən ləğv şərtləri isə futbolçunun istəyinə görə 2027, klubun istəyinə görə 2028-ci il tarixindən qüvvəyə minə bilər.
Maliyyə şərtləri artıq razılaşdırılıb: futbolçunun illik maaşı 20 milyon avro, eləcə də eyni məbləğdə imza bonusu nəzərdə tutulub. Müqavilə danışıqlarında aylıq gecikməyə baxmayaraq, Upamekanonun klubda qalmaq ehtimalı yüksəkdir.
Cari mövsümdə 27 yaşlı fransalı futbolçu 24 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb.