21 iyun 2026. Bazar günü

“Bavariya” evdə "Auqsburq”a uduzdu


“Bavariya” evdə "Auqsburq”a uduzdu

Almaniya Bundesliqasında XIX turun oyunu çərçivəsində “Bavariya” ilə “Auqsburq” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Münhen Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi Florian Eksner olub.

Matçda hesab 23-cü dəqiqədə meydan sahiblərinin müdafiəçisi Hiroki İtonun qolu ilə açılıb. İkinci hissədə “Auqsburq”un futbolçusu Artur Şaves 75-ci dəqiqədə tarazlığı bərpa edib. Qonaqların heyətində yarımmüdafiəçi Xan-Noa Massengo 81-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.

XIX turdan sonra “Bavariya” 50 xalla turnir cədvəlinə başçılıq edir. “Auqsburq” isə 19 xalla 13-cü pillədə qərarlaşıb.

Növbəti turda, yanvarın 31-də “Bavariya” “Hamburq”la qarşılaşacaq. Həmin gün “Auqsburq” da “Sankt-Pauli” ilə üz-üzə gələcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər