21 iyun 2026. Bazar günü

“Borussiya"dan səfərdə qələbə


“Borussiya"dan səfərdə qələbə

Almaniya Bundesliqasının 19-cu turunda “Union” – “Borussiya Dortmund” matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Berlindəki “An der Alten Försterei” stadionunda keçirilib və baş hakim kimi Robert Hartman çıxış edib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı açan Emre Can olub. O, 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb. İkinci hissənin 53-cü dəqiqəsində müdafiəçi Niko Şlotterbek fərqi artırıb. Matçın 84-cü dəqiqəsində isə hücumçu Maksimilian Bayer hesabı 3:0-a çatdıraraq qələbəni rəsmiləşdirib.

19 oyundan sonra “Borussiya Dortmund” 42 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. “Union” isə 24 xalla doqquzuncu pillədədir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər