14 mart 2026. Şənbə

“Bavariya” Upamekanoya ultimatum verdi


“Bavariya” Upamekanoya ultimatum verdi

“Bavariya” klubu müdafiəçisi Dayo Upamekano ilə yeni müqavilə üzrə təklifini yaxşılaşdırmaq niyyətində deyil.

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumata görə, Münhen təmsilçisi fransalı futbolçuya ultimatum irəli sürüb. Belə ki, Upamekano fevralın ortalarınadək klubun təklifinə cavab verməlidir. Bildirilir ki, yeni müqavilə ilə bağlı təklif dekabrın sonundan etibarən oyunçunun masası üzərindədir.

Qeyd edək ki, 27 yaşlı müdafiəçinin “Bavariya” ilə hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Danışıqların çətin keçməsinin əsas səbəbi futbolçunun mövqeyidir. Upamekanonun tərəfi 65 milyon avroluq sərbəstqalma maddəsinin yeni müqavilənin ilk mövsümündən – 2027-ci ilin yayından etibarən aktivləşdirilməsini istəyib.

Daha əvvəl “Bavariya” rəhbərliyi Upamekanodan qısa müddətdə qərar gözlədiklərini açıqlamışdı.







Almaniya B.L.

"O, mənə De Bruyneni xatırladır"
  • Almaniya B.L.
  • 16:46 11.03.2026
"O, mənə De Bruyneni xatırladır"
"Kompani bizi daha güclü edir"
  • Almaniya B.L.
  • 23:14 09.03.2026
"Kompani bizi daha güclü edir"
“Bayer” səfərdə xal itirdi
  • Almaniya B.L.
  • 23:43 07.03.2026
“Bayer” səfərdə xal itirdi
“Borussiya”dan çətin qələbə
  • Almaniya B.L.
  • 23:40 07.03.2026
“Borussiya”dan çətin qələbə
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 23:38 07.03.2026
“Leypsiq”dən inamlı qələbə