27 yanvar 2026. Çərşənbə axşamı

"Avrokuboklar uğrunda düzgün yoldayıq”


"Avrokuboklar uğrunda düzgün yoldayıq”

Almaniyanın “Leyptsiq” klubunun baş məşqçisi Ole Verner Bundesliqanın 16-cı turu çərçivəsində “Sankt-Pauli”yə qarşı keçiriləcək matçdan əvvəl mətbuat konfransında çıxış edib.

 90deqiqe.Az xəbər verir ki, mütəxəssis rəqib barədə danışarkən “Sankt-Pauli”nin mövsümə yaxşı başladığını, lakin sonradan xal itkisi yaşadığını bildirib:

“Daha sonra müdafiədə nisbətən sabitlik yaratmağı bacardılar və ötən mövsüm onları güclü edən kompakt oyuna qayıtdılar. Komandada sürətli və keyfiyyətli ötürmələr edən futbolçular var. Buna hazır olmalıyıq”.

Verner səfər oyununun atmosferinə də toxunub:
“Stadion böyük deyil, amma azarkeşlər çox səs-küylüdür və komandalarına daim müsbət dəstək verirlər. Xüsusi hazırlığa ehtiyac görmürəm. ‘Millerntor’da oynamaq həmişə xoş olub, oradan əsasən yaxşı xatirələrim var”.

Avrokuboklar uğrunda mübarizəyə gəlincə, baş məşqçi komandasını iddialılar sırasında gördüyünü vurğulayıb:
“Hazırda hər oyuna təxminən 2 xal toplayırıq. ‘Sankt-Pauli’ni məğlub etsək, bu göstərici artacaq. Yarışda bizimlə yanaşı 6-7 klub var. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. İlk dördlükdə bitirsək, bu, daha da yaxşı olar”.

O, 400 gün zədədən əziyyət çəkən Benyamin Henrixsin qayıdışına da münasibət bildirib:
“Ən önəmlisi onun sağalmasıdır. İndi heyətdə keyfiyyətli bir futbolçu var. Oyun formasını bərpa etməlidir, amma tez-tez meydanda görəcəyimizə əminəm”.

Heyətlə bağlı son duruma görə, Kastello Lukeba dizindən zədəli olduğu üçün oyunu buraxacaq. Yohan Bakayoko məşqlərə qayıtsa da, meydana çıxmayacaq. Assan Uedraoqo və Viqqo Gebel də iştirak etməyəcəklər.

Qeyd edək ki, pis hava şəraiti səbəbindən təxirə salınan qarşılaşma yanvarın 27-də baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:30-da səslənəcək.“Leyptsiq” 35 xalla turnir cədvəlində 5-ci pillədədir. “Sankt-Pauli” isə 13 xalla 17-ci sırada qərarlaşıb.







Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu