31 yanvar 2026. Şənbə

“Qarabağ”ın ÇL-da qalib gəldiyi klubun baş məşqçisi müəyyənləşdi


“Qarabağ”ın ÇL-da qalib gəldiyi klubun baş məşqçisi müəyyənləşdi

Almaniyanın “Ayntraxt” klubu yeni baş məşqçi təyinatını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Albert Riera olacaq.

43 yaşlı mütəxəssis "Ayntraxt Frankfurt"un baş məşqçisi vəzifəsinə bazar ertəsindən başlayacaq. Onun müqaviləsi 30 iyun 2028-ci il tarixinə qədər nəzərdə tutulub.

İspan çalışdırıcı son olaraq Sloveniya Birinci Divizionunun “NK Çele” klubunda uğurlu çıxışı ilə yadda qalıb. İlk mövsümündə komandaya ölkə kubokunu qazandırıb. Cari mövsümdə isə Şimal-şərq Sloveniya təmsilçisi turnir cədvəlində ən yaxın rəqibinə 12 xallıq üstünlüklə liderdir. Üstəlik, Rieranın rəhbərliyi altında “Çele” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Bundan əvvəl Riera 2023-cü ildə Sloveniya klubu “Olimpiya Lyublyana” ilə milli dubla imza atmış – həm çempionluq, həm də kuboku qazanmışdı. Həmçinin, 2023/24 mövsümündə Fransanın ənənəvi klubu “Bordo”da beynəlxalq məşqçilik təcrübəsi qazanıb.







Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu