1 fevral 2026. Bazar günü

Qoretzka yayda “Bavariya”dan ayrılacaq


Qoretzka yayda “Bavariya”dan ayrılacaq

“Bavariya” yarımmüdafiəçi Leon Qoretzkayla bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu bu ilin yayında komandadan ayrılacaq.  

“Leon Qoretzka klubda keçirdiyi səkkiz uğurlu ildən sonra yayda ayrılacaq. O vaxta qədər isə birlikdə daha çox titul qazanmaq üçün əlimizdən gələni edəcəyik!” - deyə, klubun yaydığı məlumatda qeyd olunub.

30 yaşlı futbolçu 2018-ci ildən “Bavariya”da çıxış edir. Cari mövsümdə Qoretzka 28 oyunda iştirak edib və 1 qol vurub. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 15 milyon avrodur.







Almaniya B.L.

“Leyptsiq” evdə “Maynts”a uduzdu
  • Almaniya B.L.
  • 23:09 31.01.2026
“Leyptsiq” evdə “Maynts”a uduzdu
“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə