26 iyun 2026. Cümə

“Bavariya” səfərdə “Hamburq”la bacarmadı


“Bavariya” səfərdə “Hamburq”la bacarmadı

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün XX turu çərçivəsində “Hamburq” və “Bavariya” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Hamburqda yerləşən “Folksparkştadion” stadionunda keçirilən görüş 2:2 hesabı ilə yekunlaşıb. Baş hakim funksiyasını Hannoverdən olan Harm Osmers yerinə yetirib.

Matçda hesab 34-cü dəqiqədə Fabiu Vieira tərəfindən vurulan penalti ilə açılıb və meydan sahibləri önə çıxıb. 42-ci dəqiqədə Qerri Keyn hesabı bərabərləşdirib. İkinci hissənin əvvəlində, 46-cı dəqiqədə Luis Dias qonaqları önə çıxarıb. 53-cü dəqiqədə Luka Vuşkoviç hesabı yenidən bərabərləşdirib.

Bu nəticədən sonra “Hamburq” 19 xalla Bundesliqada 13-cü pillədə qərarlaşıb. “Bavariya” isə 51 xalla turnir cədvəlinə liderlik edir.

Növbəti turda “Hamburq” fevralın 7-də səfərdə “Haydenhaym”la qarşılaşacaq, “Bavariya” isə fevralın 8-də doğma meydanda “Hoffenhaym”ı qəbul edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər