11 fevral 2026. Çərşənbə

“Borussiya"dan əzmkar qələbə


“Borussiya"dan əzmkar qələbə

Almaniya Bundesliqasında 20-ci tur çərçivəsində keçirilən “Borussiya Dortmund” – “Haydenhaym” qarşılaşması 3:2 hesabı ilə Dortmund komandasının qələbəsi ilə yekunlaşıb.

90deqiqe.Az-ın məlumata görə, oyun “Signal İduna Park” stadionunda baş tutub. Matçın baş hakimi Frayburq-İm-Braisqau şəhərindən Mattias Yöllenbek olub.

44-cü dəqiqədə Valdemar Anton ev sahiblərini hesabda irəli çıxarıb. Lakin 45+4-cü dəqiqədə Julian Nixus hesabı bərabərləşdirib, 48-ci dəqiqədə isə dublla fərqlənərək komandasını irəli keçirib. 68-ci dəqiqədə Seru Qiras­si penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı yenidən bərabərləşdirib və dərhal 69-cu dəqiqədə ikinci qolunu vuraraq dubla imza atıb.

Bu qələbədən sonra “Borussiya” Dortmund 45 xalla Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Haydenhaym” isə 13 xalla sonuncu – 18-ci sıradadır.







Almaniya B.L.

Mahir Emreli növbəti oyunu da buraxacaq
  • Almaniya B.L.
  • 12:51 10.02.2026
Mahir Emreli növbəti oyunu da buraxacaq
“Qələbə bizə yaxşı təsir etdi”
  • Almaniya B.L.
  • 23:59 09.02.2026
“Qələbə bizə yaxşı təsir etdi”