20 mart 2026. Cümə

Upamekano "Bavariya"da qalacaq


Upamekano "Bavariya"da qalacaq

Mərkəz müdafiəçisi Dayo Upamekano “Bavariya” ilə əməkdaşlığını uzatmağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu Almaniya nəhəngi ilə yeni müqavilənin şərtləri üzrə razılığa gəlib. Yeni anlaşmanın 2030-cu ilin ortalarına qədər nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, Dayo Upamekano 2021-ci ilin yayından “Bavariya”nın formasını geyinir. Cari mövsümdə müdafiəçi Münhen təmsilçisinin heyətində 26 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 60 milyon avro təşkil edir.







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə