26 iyun 2026. Cümə

Daniyel Tiyune “Verder”i xilas edə biləcəkmi?


Daniyel Tiyune “Verder”i xilas edə biləcəkmi?

Almaniyanın “Verder” klubu əsas komandaya yeni baş məşqçi təyin edib.

90deqiqe.Az xəbər verir ki, bu posta 51 yaşlı mütəxəssis Daniyel Tiyune gətirilib. Tərəflər arasında müqavilənin müddəti hələ açıqlanmayıb.

Qeyd edək ki, Tiyune Xorst Şteffenin yerini alıb. Onun rəhbərliyi altında “Verder” noyabrdan bəri qələbə qazana bilmirdi. Bu mənfi seriya komandanın vəziyyətinə ciddi təsir edib – bremenlilər Almaniya Bundesliqasında yalnız 15-ci pillədə qərarlaşıblar və 19 xala malikdirlər. Komandanın 16-cı pillə ilə fərqi cəmi bir xal, çıxış zonası ilə isə beş xal təşkil edir.

Daniyel Tiyune bundan əvvəl “Osnabrük”, “Hamburq” və “Düsseldorf Fortunası” klublarını çalışdırıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər