6 fevral 2026. Cümə

“‘Bavariya" forması altında çıxış etmək mənim üçün şərəfdir"


“‘Bavariya" forması altında çıxış etmək mənim üçün şərəfdir"

“Bavariya”nın vingeri Serj Qnabri Münhen klubu ilə müqaviləsini uzatdıqdan sonra açıqlama verib.  

90deqiqe.Az xəbər verir ki, bu barədə alman futbolçu sosial şəbəkə hesabında yazıb.

“‘Bavariya" forması altında çıxış etmək mənim üçün hər zaman böyük şərəf olub. Bu yolu daha bir neçə il davam etdirmək həm mənim, həm də ailəm üçün qürurverici bir andır. Uzun illər ərzində göstərilən dəstəyə görə təşəkkür edirəm!” 

Qeyd edək ki, tərəflər arasında imzalanan yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Əlavə edək ki, Serj Qnabri 2017-ci ildən etibarən “Bavariya”nın şərəfini qoruyur. O, Münhen klubuna Bremen “Verder”indən transfer olunub. Bu müddət ərzində Qnabri “Bavariya” forması ilə 311 oyuna çıxıb, 100 qol vurub və 69 məhsuldar ötürmə edib. Mətbuatda yer alan məlumatlara görə, futbolçunun yeni müqavilə üzrə illik maaşı 15–16 milyon avro təşkil edəcək.

Cari mövsümdə 30 yaşlı futbolçu bütün turnirlər üzrə klubun heyətində 26 matçda iştirak edib və “qol+ötürmə” sistemi üzrə 7 qol və 8 assistlə yadda qalıb.







Almaniya B.L.

Upamekano "Bavariya"da qalacaq
  • Almaniya B.L.
  • 12:52 03.02.2026
Upamekano "Bavariya"da qalacaq
“Pep karyeramı dəyişdi”
  • Almaniya B.L.
  • 23:57 02.02.2026
“Pep karyeramı dəyişdi”
“Borussiya"dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 22:52 01.02.2026
“Borussiya"dan əzmkar qələbə