8 fevral 2026. Bazar günü

“Borussiya” səfərdə “Volfsburq”u məğlub edib


“Borussiya” səfərdə “Volfsburq”u məğlub edib

Almaniya Bundesliqasının 21-ci turu çərçivəsində “Volfsburq” və Dortmund “Borussiya”sı üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumata görə, qarşılaşma Almaniyanın Volfsburq şəhərində yerləşən “Volkswagen Arena” stadionunda keçirilib.

Görüşün baş hakimi Timo Gerax olub. Matçda 2:1 hesablı qələbəni Dortmund təmsilçisi qazanıb.

Oyunda hesabı 38-ci dəqiqədə “Borussiya”nın yarımmüdafiəçisi Yulian Brandt açıb. İkinci hissədə, 52-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Konstantinos Kuleraqis tarazlığı bərpa edib. Qarşılaşmada son sözü isə 87-ci dəqiqədə qonaqların hücumçusu Seru Qiras­si deyib.

Bu qələbədən sonra Dortmund “Borussiya”sı 48 xalla Bundesliqa turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Volfsburq” isə 19 xalla 14-cü yerdədir.







Almaniya B.L.

Upamekano "Bavariya"da qalacaq
  • Almaniya B.L.
  • 12:52 03.02.2026
Upamekano "Bavariya"da qalacaq
“Pep karyeramı dəyişdi”
  • Almaniya B.L.
  • 23:57 02.02.2026
“Pep karyeramı dəyişdi”