10 fevral 2026. Çərşənbə axşamı

“Bavariya” Ceksonla bağlı qərarını verib


“Bavariya” Ceksonla bağlı qərarını verib

“Bavariya” klubunun hücumçusu Nikolas Cekson mövsümün sonunda “Çelsi”yə qayıdacaq.

90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən məlumata görə, Cekson “Bavariya”nı oyunuyla tam razı sala bilməyib. Bu səbəbdən Almaniya nəhəngi icarə müqaviləsinin başa çatmasından sonra futbolçunun transfer hüququnu almağı planlaşdırmır.

Qeyd olunur ki, “Bavariya” artıq əsas hücumçu Harri Keyni vaxtaşırı əvəzləyə biləcək yeni forvard axtarışına başlayıb. Münhen klubu Nikolas Ceksonu ötən ilin sentyabrında icarəyə götürmüşdü.

Senqallı futbolçu “Bavariya” forması ilə 21 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına əsasən, 24 yaşlı hücumçunun bazar dəyəri 45 milyon avro təşkil edir.







Almaniya B.L.

“Qələbə bizə yaxşı təsir etdi”
  • Almaniya B.L.
  • 23:59 09.02.2026
“Qələbə bizə yaxşı təsir etdi”