21 iyun 2026. Bazar günü

"Bavariya” Almaniya Kubokunda yarımfinala yüksəldi


"Bavariya” Almaniya Kubokunda yarımfinala yüksəldi

2025/2026 mövsümünün Almaniya Kubokunun 1/4 final mərhələsində “Bavariya” və “Leypsiq” komandaları üz-üzə gəlib.

 90deqiqe.Az-ın məlumata görə, görüş Münhen şəhərindəki “Arena Münhen” stadionunda baş tutub. Matçın baş hakimi Berlinli Daniel Zibert olub.

Oyunda 2:0 hesabı ilə qalib gələn komanda Münhen təmsilçisi “Bavariya” olub. 4-cü dəqiqədə RB Leyptsigin yarımmüdafiəçisi Kristofer Baumqartnerin qolu ofsayd səbəbindən ləğv edilib. 64-cü dəqiqədə “Bavariya”nın hücumçusu Harri Keyn penalti zərbəsi ilə hesabı açıb. 67-ci dəqiqədə isə kanariyalı hücumçu Luis Dias meydan sahiblərinin ikinci qolunu vurub.

Bu nəticədən sonra “Bavariya” turnirin yarımfinalına yüksəlib. Daha əvvəl “Bayer” və “Ştutqart” da 3:0 hesabı ilə “Zankt-Pauli” və “Holştayn”ı məğlub edərək yarımfinala vəsiqə qazanmışdı. Fevralın 10-da keçirilən 1/4 final matçında isə “Frayburq” “Herta”ya qarşı penalti seriyasında 1:1 (5:4 pen.) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər