21 iyun 2026. Bazar günü

Olise Bundesliqada ayın ən yaxşısı seçildi


Olise Bundesliqada ayın ən yaxşısı seçildi

“Bavariya”nın cinah hücumçusu Maykl Olise Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Fransalı vinger ötən ay çempionatda 3 qol vurub, 7 məhsuldar ötürmə edib. O, yanvarda keçirdiyi beş oyunun hər birində məhsuldar fəaliyyəti ilə diqqət çəkib.

Qeyd edək ki, Olise daha əvvəl noyabr ayında da Bundesliqada ayın ən yaxşısı adına layiq görülmüşdü.

Cari mövsümdə sabiq “Kristal Pelas” futbolçusu bütün turnirlərdə 34 matçda 13 qol və 22 assistlə yadda qalıb. Transfermarkt portalına görə, onun bazar dəyəri 130 milyon avrodur.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər