21 iyun 2026. Bazar günü

“Bayer” “Sankt-Pauli”ni darmadağın etdi


“Bayer” “Sankt-Pauli”ni darmadağın etdi

Almaniya Bundesliqasının 22-ci turunda “Bayer”  doğma meydanda“Sankt-Pauli” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “BayArena” stadionunda keçirilən matç “aspirinlilər”in 4:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun baş hakimi Breme şəhərindən Sven Jablonski olub.

Hesabı 13-cü dəqiqədə Jarell Quansah açıb. Bir dəqiqə sonra Patrik Şik komandaya üstünlüyü ikiqat artırıb. 52-ci dəqiqədə Edmond Tapsoba üçüncü qolu vurub, 78-ci dəqiqədə isə Ernest Poku dördüncü qolu rəqibin qapısından keçirib.

Bu nəticədən sonra “Bayer” 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sankt-Pauli” isə 17 xalla 17-ci yerdədir.

Növbəti turda “aspirinlilər” fevralın 21-də səfərdə "Union Berlin" ilə qarşılaşacaq, “piratlar” isə fevralın 22-də doğma meydanda "Verder Bremen"i qəbul edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər