- Almaniya B.L.
- 23:47 17.02.2026
“Bavariya”nın vingeri Luis Dias klub seçimini və keçid qərarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 29 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
““Bavariya” mənimlə əlaqə saxladığı andan başa düşdüm ki, bu komandaya keçmək istəyirəm. Mən qürurluydum, çünki komandaya uzun müddətdir tanışam və nə gözləyə biləcəyimi bilirdim. Bu doğru qərar idi. Yeni bir yerə gəldiyin zaman tam gücünü sərf etmək və rahat hiss etmək istəyirsən. Xoşbəxtlik – oyunçu və ailəsi üçün ən önəmli amildir. Mən inanılmaz güclü futbolçular və əla infrastruktur, fantastik məşqçi heyəti olan bir komandaya qoşulacağımı bilirdim. Mən heç şübhə etmirdim. Ən çətin məqam mən və ailəm üçün dil baryeri idi, amma komandaya yaxşı uyğunlaşacağıma və uğura töhfə verəcəyimə əmin idim – elə “Liverpul”da da etmişdim. Buna görə “Bavariya” mənə güvəndi və mən bu güvəni meydana çıxmağa çalışıram.”
Kolumbiyalı futbolçu 2025-ci ildə “Liverpul”dan “Bavariya”ya 70 milyon avroya transfer olunub. Cari mövsümdə o, 32 oyunda 19 qol vurub və 15 məhsuldar ötürmə edib.