19 fevral 2026. Cümə axşamı

“Qvardiola bir nömrədir”


“Qvardiola bir nömrədir”

"Bavariya"nın baş məşqçisi Vinsen Kompani karyerasına ən çox təsir edən mütəxəssislərdən danışıb.

90deqiqe.Az xəbər verir ki, belçikalı çalışdırıcı bildirib ki, onun üçün ən yaxşı məşqçi Pep Qvardiola olub:

“Ən yaxşı məşqçim, əlbəttə ki, Xosep Qvardioladır. O, futbolu daha dərindən başa düşməyimə kömək etdi. Mən hər şeydə Pepə bənzəməyə çalışmıram. O, fərqlidir və ən yaxşı idi. İşlədiyim hər məşqçidən müəyyən məqamları götürmüşəm. Roberto Mançini və Huub Stevens də yaxşı nümunələr idi. Hər məşqçidən öz hekayəni yazmaq üçün nəsə öyrənmək olar”.

Hazırda “Bavariya” Bundesliqada 22 turdan sonra 57 xalla turnir cədvəlinə başçılıq edir. Münhen klubu ikinci pillədə qərarlaşan "Borussiya Dortmund"u altı xal qabaqlayır.

Komanda növbəti oyununu fevralın 21-də Bundesliqanın 23-cü turu çərçivəsində "Ayntraxt Frankfurt"a qarşı keçirəcək. Çempionlar Liqasında isə “Bavariya” səkkiz oyundan 21 xal toplayaraq ümumi mərhələni ikinci sırada tamamlayıb.







Almaniya B.L.

“Qvardiola bir nömrədir”
  • Almaniya B.L.
  • 23:04 18.02.2026
“Qvardiola bir nömrədir”
Harri Keyn 500-cü qolunu vurdu
  • Almaniya B.L.
  • 20:42 17.02.2026
Harri Keyn 500-cü qolunu vurdu
Dayo Upamekano “Bavariya”da qalır
  • Almaniya B.L.
  • 17:10 13.02.2026
Dayo Upamekano “Bavariya”da qalır