- Almaniya B.L.
- 20:29 20.02.2026
"Bavariya"nın baş məşqçisi Vinsent Kompani "Benfika"nın çalışdırıcısı Joze Mourinyonun açıqlamalarına sərt reaksiya verib.
90deqiqe.Az xəbər verir ki, "A Bola" çalışdırıcının dediklərini belə çatdırıb.
"Mənim üçün oyundan sonra baş verənlər daha da pisdir. Mourinyo Vinini o vaxtkı hərəkətlərini gözdən salmaq üçün qol sevincinə görə tənqid edib. Bu, liderlik keyfiyyətləri baxımından böyük bir səhvdir."
Mourinyo Eusebionun adını çəkdi və dedi ki, ‘Benfika’ oyunçuları irqçi ola bilməz, çünki klubun ən yaxşı futbolçusu Eusebio olub. 60-cı illərdə qaradərili oyunçuların nələr yaşadığını bilirsiniz? O, səfər oyunlarında Eusebio ilə birlikdə olubmu ki, baş verənləri görsün?
Düzünü desəm, bu vəziyyətdə heç bir tərəfin tərəfini tutmaq istəmirəm.
"Joze Mourinyo ilə işləmiş 100 nəfərlə tanış olmuşam. Heç vaxt kiminsə Joze haqqında pis bir şey dediyini eşitməmişəm. Bütün oyunçuları onu sevir. Onun necə insan olduğunu başa düşürəm, klubu üçün mübarizə apardığını başa düşürəm. Qəlbinin dərinliyində onun yaxşı insan olduğunu bilirəm. Amma mətbuat konfransında eşitdiklərimi də bilirəm.
Niyə belə etdiyini başa düşürəm, amma Joze səhv etdi. Ümid edirəm ki, gələcəkdə bu bir daha təkrarlanmayacaq və birlikdə irəliləyə bilərik"
"Real Madrid"in qanad oyunçusu Vinisius 50-ci dəqiqədə künc bayrağı ilə rəqs edərək qolunu qeyd etdikdən sonra sarı vərəqə aldı. "Benfika" məşqçisinin sözlərinə görə, bu, portuqaliyalı azarkeşləri təhrik edib. Oyun ikinci hissədə Vinisiusun "Benfika"nın hücumçusu Canluka Prestiannini onu "meymun" adlandırmaqda günahlandırmasından sonra dayandırılıb.
Matçdan sonra Mourinyo Vinisiusu təxribatçı qol sevincinə görə tənqid edib.