10 aprel 2026. Cümə

“Komandaya maksimum fayda vermək istəyirəm”


“Komandaya maksimum fayda vermək istəyirəm”

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli cari mövsümdə daha məhsuldar olmağı hədəfləyib.

90deqiqe.Az xəbər verir ki, 28 yaşlı forvard bu barədə Almaniyanın “Der-betze-brennt” nəşrinə açıqlamasında danışıb. Uzunmüddətli zədədən sonra yenidən yaşıl meydanlara qayıdan futbolçu çətin dövr keçirdiyini gizlətməyib.

“Əvvəla, son bir neçə ay ərzində reabilitasiya müddətimdə mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. İndi özümü 85-90 faiz formada hiss edirəm və motivasiyam 100 faizdir. Bu mövsüm daha çox oynamaq və qol vurmaq istəyirəm”.

Qeyd edək ki, Emreli ötən gün II Bundesliqa çərçivəsində keçirilən və “Kayzerslautern”in "Pröyssen" üzərində 3:2 hesablı səfər qələbəsi ilə başa çatan görüşdə 88-ci dəqiqədə meydana daxil olub.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü 2025-ci ilin noyabrında aldığı zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməmişdi.







Almaniya B.L.

Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
  • Almaniya B.L.
  • 22:49 07.04.2026
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
Harri Keyn məşqlərə qayıtdı
  • Almaniya B.L.
  • 23:12 06.04.2026
Harri Keyn məşqlərə qayıtdı
 “Ayntraxt” evdə xal itirdi
  • Almaniya B.L.
  • 22:32 05.04.2026
“Ayntraxt” evdə xal itirdi
“Union” evdə xal itirdi
  • Almaniya B.L.
  • 20:54 05.04.2026
“Union” evdə xal itirdi
"Leyptsiq"dən çətin qələbə
  • Almaniya B.L.
  • 23:25 04.04.2026
"Leyptsiq"dən çətin qələbə