10 aprel 2026. Cümə

Luis Diasın “Bavariya” müqaviləsində maraqlı şərt - Alman dilini öyrənməsə, cərimələnəcək


Luis Diasın “Bavariya” müqaviləsində maraqlı şərt  - Alman dilini öyrənməsə, cərimələnəcək

Kolumbiyalı vinger Luis Diasın "Bavariya" klubu ilə müqaviləsində xüsusi bənd yer alıb.

90deqiqe.Az-ın "Bild"ə  istinadən məlumatına görə, futbolçu alman dilini öyrənməyə borcludur və mütəmadi olaraq dil kurslarında iştirak etməlidir.

29 yaşlı oyunçunun dil biliklərində yetərli irəliləyiş qeydə alınmadığı halda, onu 5 mindən 50 min avroyadək cərimə gözləyir. Məbləğ onun imtahan nəticələrindən asılı olacaq.

Luis Dias ötən ilin yayında İngiltərənin "Liverpul" klubundan 70 milyon avro qarşılığında Münhen təmsilçisinə transfer olunub. Onun Bundesliqa nəhəngi ilə əmək müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir.

Qeyd edək ki, futbolçu baş məşqçi Vinsent Kompaninin rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 33 oyunda 19 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.







Almaniya B.L.

Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
  • Almaniya B.L.
  • 22:49 07.04.2026
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
Harri Keyn məşqlərə qayıtdı
  • Almaniya B.L.
  • 23:12 06.04.2026
Harri Keyn məşqlərə qayıtdı
 “Ayntraxt” evdə xal itirdi
  • Almaniya B.L.
  • 22:32 05.04.2026
“Ayntraxt” evdə xal itirdi
“Union” evdə xal itirdi
  • Almaniya B.L.
  • 20:54 05.04.2026
“Union” evdə xal itirdi
"Leyptsiq"dən çətin qələbə
  • Almaniya B.L.
  • 23:25 04.04.2026
"Leyptsiq"dən çətin qələbə