10 aprel 2026. Cümə

Keyn "Barselona"ya keçməyəcək


Keyn "Barselona"ya keçməyəcək

"Bavariya" klubunun hücumçusu Harri Keyn yaxın gələcəkdə "Barselona" klubuna keçməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sky Sport" məlumat yayıb

Kataloniya nəhənginin prezidentliyinə namizəd Xavyer Vilajoana yaxınlarda ulduz futbolçunu transfer etmək istədiyini açıqlamışdı. Lakin futbolçunun bu yay transfer pəncərəsində dəvət olunması planlaşdırılmır və mümkün görünmür.

“Bavariya” isə hücumçunun müqaviləsini 2028 və ya 2029-cu ilə qədər uzatmaq niyyətindədir. Cari mövsümdə 32 yaşlı futbolçu baş məşqçi Vinsent Kompaninin rəhbərliyi altında bütün turnirlərdə 36 oyunda 43 qol ilə yadda qalıb.

Transfermarkt portalının qiymətləndirməsinə görə, Keynin bazar dəyəri 65 milyon avrodur.







Almaniya B.L.

Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
  • Almaniya B.L.
  • 22:49 07.04.2026
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
Harri Keyn məşqlərə qayıtdı
  • Almaniya B.L.
  • 23:12 06.04.2026
Harri Keyn məşqlərə qayıtdı
 “Ayntraxt” evdə xal itirdi
  • Almaniya B.L.
  • 22:32 05.04.2026
“Ayntraxt” evdə xal itirdi
“Union” evdə xal itirdi
  • Almaniya B.L.
  • 20:54 05.04.2026
“Union” evdə xal itirdi
"Leyptsiq"dən çətin qələbə
  • Almaniya B.L.
  • 23:25 04.04.2026
"Leyptsiq"dən çətin qələbə