12 aprel 2026. Bazar günü

Cekson oyun vaxtından şikayətçidir


Cekson oyun vaxtından şikayətçidir

Hücumçu Nikolas Cekson "Bavariya"dakı mövqeyindən narazıdır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, seneqallı hücumçu Münhen klubunda oyun vaxtının azlığından narazı qalan yeganə futbolçudur. 24 yaşlı futbolçunun məyusluğu komanda daxilində də hiss olunur. Digər oyunçular isə məhdud rolları ilə barışaraq daha çox şans qazanmaq üçün çalışmağa üstünlük verirlər.

“Bavariya” 2025-ci ilin sentyabrında Ceksonu "Çelsi"dən cari mövsümün sonunadək 16 milyon avro qarşılığında icarəyə götürüb. Müqaviləyə futbolçunun 65 milyon avroya birdəfəlik transferi üçün satınalma hüququ da daxil edilib.

Seneqallı forvard cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 22 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Almaniya B.L.

 “Bavariya”dan darmadağın
  • Almaniya B.L.
  • 22:35 11.04.2026
“Bavariya”dan darmadağın
 “Leyptsiq” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 20:54 11.04.2026
“Leyptsiq” 3 xalı tək qolla qazandı
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
  • Almaniya B.L.
  • 22:49 07.04.2026
Mahmud Daud “Ayntraxt”dan ayrılacaq
Harri Keyn məşqlərə qayıtdı
  • Almaniya B.L.
  • 23:12 06.04.2026
Harri Keyn məşqlərə qayıtdı