19 sentyabr 2026. Şənbə

“Borussiya”ya bir qol bəs etdi


“Borussiya”ya bir qol bəs etdi

Almaniya Bundesliqasının 24-cü turunda “Borussiya” (Mönhenqladbax) öz meydanında “Union” komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, matçda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.

Oyun ərzində Mönhenqladbax təmsilçisi üstünlük təşkil etsə də, 45-ci dəqiqədə Yannik Engelhardt başla fərqlənə bilməyib. 65-ci dəqiqədə Kevin Diks qolu vurub, lakin ofsayd səbəbindən qol qeydə alınmayıb.

90-cı dəqiqədə Uqo Bolin cərimə meydançasında topu qazandıqdan sonra penalti təyin olunub. Kevin Diks 11 metrlik zərbəni dəqiq yerinə yetirərək hesabı müəyyən edib – 1:0.

Bu qələbə ilə “Borussiya” turnir cədvəlində 12-ci pilləyə yüksəlib. “Union” isə 10-cu sıradadır.







Almaniya B.L.