21 iyun 2026. Bazar günü

“Bavariya” səfərdə “Borussiya Dortmund”u məğlub etdi


“Bavariya” səfərdə “Borussiya Dortmund”u məğlub etdi

Almaniya Bundesliqasının 24-cü turunda “Borussiya Dortmund” öz meydanında “Bavariya” ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Dortmund stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbə qazanıblar. 

Matçın gedişatı belə olub: 26-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Niko Şlotterbek hesabı açıb. İkinci hissədə Garri Keyn 54-cü dəqiqədə hesabı bərabərləşdirib, 70-ci dəqiqədə isə penalti ilə dubla imza atıb. 83-cü dəqiqədə Daniel Svensson yenidən tarazlığı bərpa edib. Son söz 87-ci dəqiqədə Yozua Kimmixin qoluna gəlib və “Bavariya” səfərdə qələbəni təmin edib.

Hazırda “Borussiya Dortmund” 52 xalla ikinci, “Bavariya” isə 63 xalla turnir cədvəlində liderdir.

Növbəti turda Niko Kovaçın komandası 7 mart tarixində “Köln” ilə, Vensan Kompaninin komandası isə 6 mart tarixində “Borussiya Mönxenqladbax” ilə qarşılaşacaq.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər