1 mart 2026. Bazar günü

“Çempionluq yarışında ən vacib oyunlardan birini qazandıq"


“Çempionluq yarışında ən vacib oyunlardan birini qazandıq"

"Bavariya"nın hücumçusu Harri Keyn "Borussiya Dortmund" üzərində 3-2 hesablı qələbədən sonra oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Bayern & Germany" futbolçunun dediklərini belə çatdırıb.

“Çempionluq yarışında ən vacib oyunlardan birini qazandıq. Hesabı uduzsaq da, öz oyunumuzu davam etdirdik – bilirdik ki, “Borussiya” Çempionlar Liqası oyunundan sonra yorulacaq. Təslim olmadıq. Buraya gəlib qələbə qazanmaq həqiqətən xüsusi hissdir. Özümüzlə qürur duya bilərik.”

Qələbə sayəsində “Bavariya” ikinci pillədə qərarlaşan “Borussiya” ilə aradakı xalı 11-ə çatdırıb. Keynin hazırkı mövsümdə Bunsesliqa çərçivəsində vurduğu qolların sayı 30-a çatıb. Mövsümün sonuna Bunsesliqada yalnız 10 tur qalıb.







Almaniya B.L.

 "Verder" 3 xalı 2 qolla qazandı
  • Almaniya B.L.
  • 21:02 28.02.2026
 "Verder" 3 xalı 2 qolla qazandı
“Borussiya”ya bir qol bəs etdi
  • Almaniya B.L.
  • 20:56 28.02.2026
“Borussiya”ya bir qol bəs etdi
 "Bayer" evdə xal itirdi
  • Almaniya B.L.
  • 20:47 28.02.2026
"Bayer" evdə xal itirdi
Cekson oyun vaxtından şikayətçidir
  • Almaniya B.L.
  • 23:11 25.02.2026
Cekson oyun vaxtından şikayətçidir