- Almaniya B.L.
- 16:54 01.03.2026
Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada “Bavariya” səfərdə "Borussiya Dortmund"u 3:2 hesabı ilə məğlub edib.
90deqiqe.Az xəbər verir ki, görüşdə dubl edən Harri Keyn ardıcıl dörd çempionat matçında iki və daha çox qol vurmaqla Bundesliqa tarixinə düşüb.
Keyndən əvvəl bu nailiyyətə yalnız 1967-ci ildə "Borussiya Dortmund"dan Lotar Emmeriç və 2001-ci ildə "Volfsburq"dan Tomislav Mariç nail olmuşdu. Keyn 2025/2026-cı illər mövsümündə Almaniya Bundesliqasında 24 oyunda 30 qol vurub.
İngiltərəli forvard 2025/2026 mövsümündə Bundesliqada 24 oyuna 30 qol vurub.
24 turdan sonra “Bavariya” 63 xalla turnir cədvəlinin lideridir. Münhen təmsilçisi ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sını 11 xal qabaqlayır.